image-timsahbackend

Sel fəlakəti: Su altında qalan bölgələrdə timsah həyəcanı

Cənubi Afrikada baş verən güclü daşqınlardan sonra timsahlar və begemotlar yaşayış məntəqələrinə daxil olub. Hadisə nəticəsində Mozambik, Cənubi Afrika və Zimbabve ərazisində ümumilikdə 100-dən çox insan həyatını itirib.

İNFOAZ.MEDİA xəbər verir ki, yerli hökumətin sözçüsü Enrikez Bongetse bildirib ki, daşqınlar səbəbindən çaylar və digər su hövzələri bir-biri ilə birləşib və bu da təhlükəni daha da artırır. Onun sözlərinə görə, timsahlar suda rahat hərəkət etdiyindən əhaliyə durğun və daşqın sularından uzaq durmaq tövsiyə olunur.

Rəsmi məlumatlara əsasən, fəlakət nəticəsində yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Xilasetmə və təhlükəsizlik xidmətləri fövqəladə rejimdə çalışır.

Limpopo Milli Parkının rəhbərliyi və xilasetmə qurumları insanlarla vəhşi heyvanlar arasında mümkün toqquşmaların qarşısını almaq məqsədilə timsahların və suaygırlarının hərəkətlərini nəzarətdə saxlamağa çalışır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki