image-5864031854573325903backend

Sam Altmanın Əbu Dabiyə səfəri ləğv edildi

OpenAI-nin baş direktoru Sam Altman bu həftəsonu Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərinə planlaşdırılan səfərini təxirə salıb.

İNFOAZ.MEDİA xəbər verir ki, səfər çərçivəsində Altmanın Mubadala, G42, MGX və ADNOC kimi böyük investisiya və enerji qurumlarının rəhbərləri ilə görüşləri nəzərdə tutulurdu. Lakin regionda İranla bağlı artan geosiyasi gərginlik səbəbindən səfər ləğv edilib.

Qeyd olunur ki, qərar Yaxın Şərqdə təhlükəsizlik və qeyri-müəyyənliklərin artdığı bir dövrdə verilib. Altmanın səfərinin əsas məqsədi süni intellekt və infrastruktur sahəsində əməkdaşlıqları genişləndirmək idi.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki