“İdrak” Liseyinin rəsmi saytı hazırda bağlanıb… Yəni, ERROR verir. Lakin digər mənbələrdə oxuyuruq: “Lisey professor Mönsüm Alışov tərəfindən 2008-ci ildə Sumqayıt şəhərində yaradılıb, 2014-cü ildə isə Bakı filialı fəaliyyətə başlayıb.
İNFOAZ.MEDİA tezadlaraz-a istinadən xəbər verir ki, ümumi orta məktəb təhsili 3 pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir. Eyni zamanda, liseydə məktəbəqədər təhsil tədris olunur. Tədris 3 dildə – Azərbaycan, rus, ingilis (İB-Beynəlxalq Bakalavr) proqramı ilə təşkil olunur. Guya valideynlər saat 9:30-dan 13:30-a qədər onlayn kameralar vasitəsilə sinif otaqlarını izləmək imkanına malikdirlər. Şagirdlər gün ərzində 2 dəfə sanitar-gigiyenik qaydalara ciddi nəzarət olunan yeməkxanada qida ilə təmin olunurlar. Liseyin fasiləsiz olaraq hansısa mühafizə şirkətinin əməkdaşları tərəfindən mühafizə olunduğu deyilir. Kənar şəxslərin binaya girişi guya qəti qadağandır. Və, nəhayət, İdrak Liseyinin təsisçisi Mönsüm Ədil oğlu Alışov, direktoru isə Natəvan Üzeyim qızı Alışovadır“.

Yaxşı, əgər “…Liseyin fasiləsiz olaraq hansısa mühafizə şirkətinin əməkdaşları tərəfindən mühafizə olunursa və kənar şəxslərin binaya girişi guya qəti qadağandırsa…”, bəs bu şagird o boyda silahı binaya necə keçirib və hardan əldə edib???
























