İran şahının oğlu və müxalif fiqur Rza Pəhləvi ABŞ prezidenti Donald Tramp-ın İran siyasətini tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Pəhləvi bildirib ki, Vaşinqtonun Tehrana qarşı göndərdiyi mesajlar ziddiyyətlidir və bu, insanlarda çaşqınlıq yaradır.
“Bir tərəfdən deyilir ki, insanlar ayağa qalxmalıdır, digər tərəfdən isə ‘gözləyin, biz danışıqlar aparırıq’ mesajı verilir. Bu, hər kəsi ciddi şəkildə çaşdırır. Qarışıq siqnallar göndərmək olmaz”, – deyə o vurğulayıb.
Rza Pəhləvi həmçinin İran hakimiyyəti ilə aparılan diplomatik danışıqların nəticə verməyəcəyini düşündüyünü bildirib.
Jalə
























