Böyük Britaniyanın Baş naziri Endi Börnhəm “Brexit”in ölkəyə daha çox nəzarət imkanı qazandırmadığını bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki,Börnhəm iqtisadiyyatda aşağı artım tempinin ölkənin mövqeyini zəiflətdiyini və immiqrasiya üzərində nəzarətin bir hissəsinin itirildiyini deyib.
“Brexit bizə nəzarət imkanı verməyib. Onillik aşağı iqtisadi artım bizi daha zəif vəziyyətə saldığı üçün iqtisadiyyatımız üzərində nəzarət imkanlarımızın bir hissəsini itirmişik. İmmiqrasiya üzərində də nəzarətimizin bir hissəsini itirmişik.
Ən fundamental səviyyədə bu, ədalət məsələsi ilə bağlı mübahisədir. Buna görə də La-Manş boğazında baş verənlərlə bağlı qəzəbi başa düşürəm”, – o qeyd edib.
Jalə























