image-000-c2fy82l-1backend

Endi Börnhəm: “Britaniyanı bütün insanlar üçün işləyən ölkəyə çevirəcəyəm”

Böyük Britaniyanın Baş naziri Endi Börnhəm Britaniyanın idarəetmə sistemində dəyişikliklərə ehtiyac olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Börnhəm ölkənin birliyinin qorunması və hakimiyyətin regionlara daha çox ötürülməsi üçün mübarizə aparacağını deyib.

“Mən bu vəzifədən atamın görmək istədiyi Britaniyanı qurmaq üçün istifadə edəcəyəm və onu bir arada saxlamaq üçün bütün gücümlə mübarizə aparacağam.

Birləşmiş Krallığın sonuncu baş naziri olmaq əvəzinə, ölkəni bütün insanlar və bölgələr üçün işləyəcək şəkildə yenidən quracaq ilk baş nazir olmaq istəyirəm.

Hakimiyyəti Uaytholldan çıxarıb Uelsin, Şotlandiyanın, Şimali İrlandiyanın və İngiltərənin hər bir bölgəsinə yönəltmək, insanlar və bölgələr arasındakı fərqləri azaltmaq istəyirəm”, – Börnhəm bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki