image-il-76md-90a_rf-78653backend

Rusiyaya məxsus hərbi təyyarə Kubaya eniş etdi – ABŞ hərəkətə keçdi

Rusiyanın İl-76 hərbi nəqliyyat təyyarəsi Havana yaxınlığındakı “San Antonio de los Banos” hərbi aerodromuna eniş edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Amerika rəsmiləri Rusiyanın Kubadakı fəaliyyəti ilə bağlı həyəcan təbili çalaraq vəziyyəti diqqətlə izləyirlər. Təyyarənin hansı yük daşıdığı hələ müəyyən edilməyib və Rusiya mövzu ilə bağlı şərh verməyib.

Məlumata görə, eyni İl-76 təyyarəsi 2025-ci ilin oktyabr ayının sonlarında Venesuela, Nikaraqua və Kubaya uçuşlar edib. Həmin dövrdə ABŞ ilə Venesuela arasında münasibətlərdə gərginlik xeyli artmışdı.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki