rusiya iranbackend

Rusiya və İran arasında yeni müqavilə imzalana bilər

Rusiya və İran fevralın 16–18-də Tehranda keçiriləcək hökumətlərarası komissiyanın iclasında ticarət və iqtisadi əməkdaşlıq üzrə bir sıra sazişlər imzalamağı planlaşdırır.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, energetika naziri Sergey Tsivilevlə İranın Rusiyadakı səfiri Kazem Cəlali arasında keçirilən görüşdə tərəflər strateji tərəfdaşlıq müqaviləsinin icrasına yönəlmiş konkret nəticələrin əldə olunmasının vacibliyini vurğulayıblar.

Görüşdə enerji, nəqliyyat, səhiyyə, təhsil, elm və texnologiya sahələrində ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə edilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki