Kremlinin sözçüsü Dmitry Peskov 18 fevralda keçirilən brifinqdə Rusiya və Çinin nüvə sınaqları keçirmədiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Peskov vurğulayıb ki, nə Rusiya, nə də Çin Xalq Respublikası tərəfindən hər hansı nüvə sınağı həyata keçirilib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı yayılan iddialar rəsmi Pekin tərəfindən də təkzib olunub.
Kreml nümayəndəsi qeyd edib ki, bu istiqamətdə yayılan məlumatlar reallığı əks etdirmir və hər iki ölkənin mövqeyi açıq şəkildə ifadə olunub.
Jalə
























