Rusiya Müdafiə Nazirliyi Ukraynada müharibənin 1702-ci günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatları yeniləyib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov açıqlama verib.
Onun sözlərinə görə, müharibə başlayandan indiyədək Ukrayna ordusuna məxsus 674 təyyarə, 284 helikopter, 268 113 pilotsuz uçuş aparatı (PUA), 672 zenit-raket kompleksi, 31 336 tank və digər zirehli döyüş maşını məhv edilib.
Konaşenkov həmçinin 1 792 reaktiv yaylım atəşi sistemi, 36 785 artilleriya qurğusu və minaatanın, eləcə də 75 272 xüsusi təyinatlı hərbi avtomobilin sıradan çıxarıldığını iddia edib.
Qeyd edək ki, bu rəqəmlər Rusiya Müdafiə Nazirliyinin açıqladığı məlumatlardır və müstəqil mənbələr tərəfindən təsdiqlənməsi ayrıca yoxlanılmalıdır.
Jalə
























