Rusiya Müdafiə Nazirliyinin 18 fevral tarixli məlumatına görə, Rusiya ərazisi üzərində 52 Ukrayna dronu məhv edilib.
İNFOAZ.MEDİA xəbər verir ki, Nazirliyin açıqlamasında bildirilir ki, növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus sabit qanadlı 52 pilotsuz uçuş aparatını aşkar edərək zərərsizləşdirib.
Ən çox dron Bryansk vilayəti üzərində vurulub (32ədəd). Bundan başqa, Kaluga vilayəti üzərində 7, Smolensk vilayəti və Kursk vilayəti üzərində hər birində 6, Volqoqrad vilayəti üzərində isə 1 dron məhv edilib.
Rauf
























