Rusiya ordusu Zaporojye istiqamətində irəliləyərək Novoyakovlevka kəndini nəzarətə götürüb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Nazirliyin açıqlamasında bildirilir ki, “Dnepr” hərbi qrupunun bölmələri qətiyyətli və uğurlu əməliyyatlar nəticəsində Zaporojye vilayətində yerləşən Novoyakovlevka kəndini azad ediblər.
Daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ilin əvvəlindən etibarən görülən işlərin yekunlarını açıqlayıb. Onun sözlərinə görə, 2026-cı ilin yanvar ayından bu günədək 17 yaşayış məntəqəsi nəzarətə götürülüb. Gerasimov qeyd edib ki, Rusiya qoşunları xüsusi hərbi əməliyyat zonasında bütün istiqamətlər üzrə hücum əməliyyatlarını davam etdirir.
Baş Qərargah rəisi həmçinin bildirib ki, Rusiya qoşunları xüsusi əməliyyat zonasında 500 kvadrat kilometrdən artıq əraziyə nəzarəti ələ keçirib. O, bu məlumatı Qərb Qüvvələri Qrupunun fəaliyyətini yoxlayarkən səsləndirib. Gerasimov eyni zamanda Xarkov vilayətində yerləşən Kupyansk-Uzlovaya yaşayış məntəqəsinin də azad edildiyini vurğulayıb.
Rauf
























