image-c812d91d-56f0-3c3a-9244-7337816e1cfe_825backend

Rusiya bölgələrində Ukraynanın 95 PUA-sı məhv edilib

Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Ukrayna pilotsuz uçuş aparatlarının ölkənin bir sıra əraziləri üzərində həyata keçirdiyi genişmiqyaslı hücumu dəf edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, fevralın 5-nə keçən gecə Rusiya ərazisi üzərində ümumilikdə 95 Ukrayna PUA-sı məhv edilib.

Nazirliyin açıqlamasında bildirilir ki, onlardan 36-sı Krasnodar diyarında, 27-si Rostov vilayətində, 21-i Azov dənizi üzərində, 8-i isə Belqorod vilayətində vurulub. Bundan əlavə, Krım ərazisində 2, Volqoqrad vilayətində isə 1 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki