image-5287760342823936435backend

Rusiya Belarus sərhədi yaxınlığında yeni dron buraxılış meydançaları qurub

Rusiya Ukraynaya qarşı hücumlarda istifadə edilən pilotsuz uçuş aparatları üçün Belarus sərhədinə yaxın ərazilərdə yeni hərbi infrastruktur yaradıb.

İNFOAZ.MEDİA xəbər verir ki ki, Bryansk, Oryol və Smolensk vilayətlərində ümumilikdə beş yeni dron buraxılış meydançası qeydə alınıb. Bu obyektlərin bəzisi Belarus ərazisindən cəmi bir neçə on kilometr məsafədə yerləşir.

Ukrayna hərbi mənbələrinin məlumatına görə, son kütləvi hücumlar zamanı Rusiya dronlarının bir hissəsi Belarus üzərindən və ya sərhəd xətti boyunca marşrutlar izləyir. Bu taktikanın Ukrayna hava hücumundan müdafiə sistemlərinin işini çətinləşdirmək və onların reaksiyasını qarışdırmaq məqsədi daşıdığı bildirilir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki