image-maduro-thanks-for-marches-the-invites-to-sign-letter-rejecting-us-interference-in-venezuelabackend

Rusiya ABŞ-ı Maduro və həyat yoldaşını azad etməyə çağırdı

Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Venesuelanın konstitusiya hakimiyyətini dəstəkləməyə davam edir.

İNFOAZ.MEDİA xəbər verir ki, Rusiya, ABŞ-ın silahlı müdaxiləsi zamanı ölkədən zorla çıxarılan Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının azad edilməsində israr edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2 fevral bazar ertəsi günü yaydığı bəyanatda qeyd olunub.

“Biz Rusiyanın Venesuelanın konstitusiya hakimiyyətinə, dövlət suverenliyinə və milli maraqlarına sarsılmaz dəstəyini bir daha təsdiqləyirik. Biz ABŞ rəhbərliyini Venesuela dövlətinin qanuni seçilmiş rəhbərini və onun həyat yoldaşını azad etməyə çağırırıq,” – bəyanatda vurğulanıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki