image-1769619285444-223325577backend

Rubio: “Ordumuz hazır vəziyyətdədir”

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmaqda davam edəcəyini vurğulayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, ABŞ İrana qarşı mümkün hərbi əməliyyat variantlarını nəzərdən keçirir və bu addım qabaqlayıcı xarakter daşıya bilər. Marko Rubio bu mövqenin rəsmi şəkildə müzakirə edildiyini təsdiqləyib.

Regionda minlərlə ABŞ hərbçisi və hərbi obyekt, eləcə də müttəfiqlər mövcuddur. Onun sözlərinə görə, bu qüvvələrin artırılması mümkün hücumlara cavab vermək və ehtiyac yaranacağı təqdirdə, onları qabaqcadan neytrallaşdırmaq üçün güc balansını təmin etməyə yönəlib.

“Ümid edirəm ki, məsələ bu mərhələyə çatmaz”, – deyə o bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki