Finlandiyanın Radiasiya və Nüvə Təhlükəsizliyi İdarəsi (STUK) ölkənin bir neçə bölgəsində radioaktiv hissəciklərin aşkar edildiyini açıqlayıb. Qurum radiasiyanın mənbəyini dəqiqləşdirməsə də, maddələrin insanlar və ətraf mühit üçün təhlükə yaratmadığını bildirib.
İNFOAZ.MEDİA bildirir ki, STUK-un məlumatına görə, yanvarın ortalarında Rovaniemi, Kuopio və İmatra şəhərlərində toplanan hava nümunələrində aşkarlanma həddini aşan, lakin çox aşağı səviyyədə radioaktiv maddələr qeydə alınıb.
12–19 yanvar tarixləri arasında aparılan ölçmələrdə manqan-54, dəmir-59, kobalt-60 və niobium-95 izlərinə rast gəlinib. Qurum bu maddələrin adətən nüvə elektrik stansiyalarında yarana biləcəyini, lakin Finlandiyadakı AES-lərdən qaynaqlanmadığını vurğulayıb.
STUK qeyd edir ki, oxşar hallarda radioaktiv hissəciklərin mənbəyini müəyyən etmək hər zaman mümkün olmur.
Rauf
























