Qubada 9-cu sinif şagirdi uşaq dünyaya gətirib.
Hadisə bu ilin fevral ayında baş verib. Quba rayonu Aşağı Xuc kənd sakini, 2010-cu il təvəllüdlü Sevinc A. (ad şərtidir) fevralın 26-da Qusar Mərkəzi Xəstəxanasına müraciət edib.
Ona xəstəxanada 34–35 həftəlik hamiləlik diaqnozu qoyulub və doğuş baş tutub.
“7Times.az”ın əldə etdiyi məlumata görə, hadisənin həmin məktəbdə ondan iki sinif yuxarı oxuyan şagird tərəfindən törədildiyi müəyyən edilib.
Bildirilir ki, onlar 2025-ci ilin iyun ayında tanış olublar.
























