image-tass_77668827-copybackend

Qrem: “Səudiyyə Ərəbistanı və İsrail Trampa çox şey borcludur”

ABŞ senatoru Lindsi Qrem bildirib ki, Səudiyyə Ərəbistanı və İsrail  ABŞ prezidenti Donald Tramp qarşısında minnətdar olmalıdır.

İNFOAZ.MEDİA xəbər verir ki, Qrem qeyd edib:

“Açığını desəm, Səudiyyə Ərəbistanı və İsrail Prezident Trampa çox şey borcludur.”

Senator əlavə edib ki, hər iki ölkənin münasibətləri normallaşdırması region və dünya üçün müsbət nəticələr verə bilər:

“Bu iki ölkənin sülh əldə etməsi və birlikdə biznes aparması region və dünya üçün faydalı olar.”

Qremin sözləri Yaxın Şərqdə mümkün normallaşma prosesləri və regional əməkdaşlıqla bağlı müzakirələr fonunda səsləndirilib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki