image-9-subat-2026-elektrik-kesintisi-kehaneti-nedir-simpsonslar-9-subat-pazartesi-elektrikler-mi-kesilecekbackend

Qlobal elektrik kəsintisi iddiası: “Simpsonlar” yenə gündəmdə

Sosial şəbəkələrdə yayılan iddiaya görə, məşhur animasiya serialı “The Simpsons” 9 fevral 2026-cı ildə başlayacaq və ən azı 72 saat davam edəcək qlobal elektrik kəsintisini əvvəlcədən xəbər verib. Lakin aparılan araşdırmalar bu iddianın əsassız olduğunu göstərir.

İNFOAZ.MEDİA xəbər verir ki, TikTok və X platformalarında paylaşılan videolarda serialdan qaranlıq səhnələr göstərilərək konkret tarix qeyd olunur. Ancaq fakt yoxlama mənbələrinə görə, bu görüntülərin böyük hissəsi orijinal seriala aid deyil. Ekspertlər bildirir ki, materialların bir qismi süni intellektlə hazırlanıb, bir qismi isə montaj və manipulyasiya yolu ilə yaradılıb.

Bundan əlavə beynəlxalq qurumlar və elmi təşkilatlar tərəfindən 9 fevral 2026 ilə bağlı qlobal elektrik kəsintisi barədə heç bir rəsmi xəbərdarlıq yoxdur. Mütəxəssislər konkret tarix verilən bu tip “kəhanətlərin” adətən dezinformasiya məqsədi daşıdığını vurğulayırlar.

Ərgün


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki