Tayvan ordusu ölkənin qərb sahilində HIMARS (High Mobility Artillery Rocket System) raket sistemləri ilə ilk canlı atəş təlimini həyata keçirib.
İNFOAZ.MEDİA xəbər verir ki, təlim Çin Xalq Azadlıq Ordusunun mümkün hücum marşrutu kimi qiymətləndirilən qərb sahilində keçirilib.
Təlim zamanı planlaşdırılan 36 raketdən 32-si uğurla atılıb, 4 raketin isə nasazlıq səbəbilə hədəfə çatmadığı və hadisənin araşdırıldığı bildirilir.
Qeyd edilib ki, əvvəlki HIMARS təlimləri əsasən Tayvanın şərq sahillərində keçirilirdi, bu isə ilk dəfə qərb sahilində icra olunan belə genişmiqyaslı sınaqdır.
Rauf
























