Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdə davamlı sülhün təmin olunmasının əsas şərtlərindən biri kimi tamhüquqlu Fələstin dövlətinin yaradılmasını prinsipial məsələ adlandırıb. O, bu fikirləri regiondakı mövcud vəziyyətin müzakirəsi zamanı səsləndirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla apardığı danışıqlar zamanı bildirib ki, fundamental məsələ İsraillə sülh və təhlükəsizlik şəraitində birgə mövcud olacaq tamhüquqlu Fələstin dövlətinin yaradılmasıdır.
Rusiya lideri, həmçinin Yaxın Şərqdəki vəziyyət fonunda Rusiya ilə BƏƏ arasında dialoqun xüsusi aktuallıq daşıdığını qeyd edib və bu əməkdaşlığın regionda sabitliyin möhkəmləndirilməsinə töhfə verə biləcəyini vurğulayıb.
Putin daha əvvəl də müstəqil Fələstin dövlətinin yaradılmasını Qəzza zolağında uzunmüddətli nizamlanmanın əsas şərtlərindən biri kimi qiymətləndirmişdi. Onun sözlərinə görə, İsrail-Fələstin münaqişəsinin bu formatda həlli yalnız beynəlxalq qətnamələrə hörmət edildiyi və Fələstin xalqının öz dövlətçiliyinə dair qanuni hüquqlarının təmin olunduğu halda mümkündür.
Rauf
























