Rusiya prezidenti Vladimir Putin Kremldə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla apardığı danışıqlar zamanı İran ətrafında baş verən hadisələrə toxunub.
İNFOAZ.MEDİA xəbər verir ki, Putin bildirib ki, hazırda beynəlxalq ictimaiyyət İranla bağlı prosesləri diqqətlə izləyir. Rusiya lideri yanvarın 29-da Yaxın Şərqdəki mövcud vəziyyəti şərh edərkən, bu regionda baş verənlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Görüş zamanı Putin İran məsələsinin müzakirə olunduğunu qeyd edərək, orada baş verən hadisələrin hamı tərəfindən yaxından izlənildiyini bildirib.
Bununla yanaşı, Rusiya prezidenti Fələstin dövləti məsələsinə də toxunub. O, Fələstin dövlətinin yaradılmasını prinsipial mövqe kimi qiymətləndirib və belə bir dövlətin İsraillə sülh və təhlükəsizlik şəraitində mövcud olacağına əminliyini ifadə edib.
Rauf
























