image-jeffrey-epstein-vladimir-putin-020226-1abc12e7db3c416bbeeb3ff553a13676backend

Putin Epşteynlə görüşüb? KREMLDƏN AÇIQLAMA

Kremlin mətbuat katibi Dmitri Peskov amerikalı maliyyəçi Ceffri Epşteynin Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Peskovun sözlərinə görə, Kreml Epşteyndən Rusiya prezidenti ilə görüşlə bağlı heç bir təklif almayıb.

“Xeyr, Kremlə belə bir təklif daxil olmayıb”, – deyə Peskov jurnalistin sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, bundan əvvəl bəzi media orqanları ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilmiş sənədlərə istinadən Epşteynin Rusiya lideri ilə görüşmək istədiyini iddia etmişdi. Həmin sənədlərdə onun illər ərzində Avropa Şurasının o zamankı baş katibi Torbyorn Yaqlandla yazışmalarında bu istəyini dəfələrlə dilə gətirdiyi qeyd olunurdu.

Jalə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki