image-1770119397_3fd8a197960ecd13a3b2f30902ef57e0backend

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər – FOTOLAR

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan iki ölkənin silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı-2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər.

İNFOAZ.MEDİA xəbər verir ki, yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirilib.

Qeyd edək ki, təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.

image-c0d34dba3e01fadc40aeb57ebcbd3aa7 image-af8ac5a060b42821e183f1bc8cf91393 image-743cb4f8e60a565c9796523f995edb37 image-1ac6ae1e54f24a16cf5a7612b730b58e image-c12d097d41150fb5491121166a6f71dd image-84d49b3ff48bacb0b3ab7fcadf0aec3f image-7050794dada61543aae2137f26f46ae0 image-ff93cae54890e98e623f1e67bb60d3be image-ea223936c039be221e02b47aae7d249d image-1770119397_3fd8a197960ecd13a3b2f30902ef57e0 image-1770119396_fc06afc4e6712ea1aec516d6c88494c8 image-1770119394_2135e58f4bff0623516c8b54936d416a image-1770119392_4c9e95bb4ed02b5bad75728a08e2836b

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki