Portuqaliyada keçirilən prezident seçkilərində səslərin təxminən 97%-i sayıldıqdan sonra Sosialist Partiyasının keçmiş baş katibi António José Seguro ikinci turda liderliyə yüksəlib.
İNFOAZ.MEDİA xəbər verir ki, dərc olunan nəticələrə əsasən, Seguro 66%-dən çox səs, onun əsas rəqibi, sağçı “Bəsdir!” partiyasının lideri Andre Ventura isə təxminən 33% səs toplayıb.
63 yaşlı Seguro beynəlxalq münasibətlər üzrə mütəxəssisdir. O, əvvəlcə António Quterreşin hökumətində çalışıb, Avropa Parlamentinin üzvü olub və 2011–2014-cü illərdə Sosialist Partiyasına rəhbərlik edib. Son illər aktiv siyasətdən uzaqlaşıb və müəllimliklə məşğul olub.
Prezident seçkilərinin ikinci turu birinci turda heç bir namizədin 50%-lik həddi keçməməsi səbəbindən keçirilib. Portuqaliyada prezident birbaşa səsvermə ilə 5 illik müddətə seçilir. Hazırkı prezident Marselo Rebelo de Sousa artıq iki müddət vəzifədə olduğu üçün yenidən namizəd ola bilməyib.
Rauf
























