image-fcn2dh8501yb1backend

Polşa yeni ORDU SİSTEMİ YARADIR: Qadınlar da xidmət edəcək

Polşa 500.000 nəfərlik yüksək hazırlıqlı ehtiyat qüvvəsi yaradacaq.

İNFOAZ.MEDİA xəbər verir ki, Baş nazir müavini və müdafiə naziri Vladislav Kosiniak-Kamış bildirib ki, bu qüvvələrə qoşulmaq könüllü olacaq, həm kişilər, həm də qadınlar iştirak edəcək, müntəzəm təlimlərdən keçəcəklər.

Əsgərlərə təlim düşərgələri və kurslarda iştirak üçün ödəniş veriləcək, həmçinin xidmət yerini seçmək imkanı olacaq. İlk təlimlər 7 martda başlayacaq; proqram 2025-ci ilin payızında sınaqdan keçirilib.

Qeyd edək ki , Polşa 2022-ci ildən etibarən hərbi xərcləri artırmağa başlayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki