İran Prezidenti Məsud Pezeşkian ölkənin xarici işlər nazirinə ABŞ ilə danışıqların mümkünlüyünü araşdırmağı tapşırıb. Prezident bu danışıqların yalnız təhdidlərdən uzaq, ədalətli və bərabər şəraitdə aparılması şərti ilə mümkün ola biləcəyini vurğulayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Məsud Pezeşkian ABŞ prezidentinin danışıqlar təklifi ilə bağlı regiondakı dost hökumətlərin müraciətlərindən sonra bu barədə xarici işlər nazirinə aydın göstərişlər verib.
Prezident qeyd edib: “Regiondakı dost hökumətlərin ABŞ Prezidentinin danışıqlar təklifinə cavab vermək xahişlərini nəzərə alaraq, xarici işlər nazirimə təhdidlərdən və əsassız gözləntilərdən azad, uyğun bir mühitin mövcud olması şərti ilə ləyaqət, ehtiyatlılıq və məqsədəuyğunluq prinsiplərinə əsaslanan ədalətli və bərabər danışıqlar aparmağı tapşırmışam”.
Pezeşkian vurğulayıb ki, mümkün danışıqlar İran İslam Respublikasının milli maraqları çərçivəsində həyata keçiriləcək.
Rauf
























