Vatikan rəhbəri Papa XIV Leo miqrasiya və inteqrasiya mövzusu ilə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Papa bildirib ki, inteqrasiya insanların keçmişini və yaddaşını silmək demək deyil, eyni zamanda onları öz mədəni kimliklərindən imtina etməyə məcbur etmək də düzgün yanaşma sayılmır.
“İnteqrasiya paralel və bir-birindən təcrid olunmuş dünyalar yaratmaq deyil, insanların həqiqətən bir-biri ilə görüşə bildiyi mühit formalaşdırmaqdır,” – deyə o qeyd edib.
Papa XIV Leo vurğulayıb ki, inteqrasiya qarşılıqlı bir prosesdir: gələn insan yeni mühitə uyğunlaşır, qəbul edən cəmiyyət isə öz mədəniyyətini itirmədən daha açıq və geniş düşünməyi öyrənir.
Rauf
























