pakistanbackend

Pakistan bu MƏLUMATI TƏKZİB ETDİ

CBS telekanalının yaydığı məlumata görə, Pakistan İranın bəzi hərbi təyyarələrini gizli şəkildə öz ərazisində yerləşdirməyə icazə verib.

İNFOAZ.MEDİA xəbər verir ki, iddialara əsasən, İranın RC-130 kəşfiyyat təyyarəsi də daxil olmaqla bir neçə hərbi hava vasitəsi Ravalpindi yaxınlığında yerləşən strateji Nur Xan aviabazasında saxlanılıb. Bildirilir ki, bu addım İslamabadın rəsmi şəkildə Tehran və Vaşinqton arasında vasitəçi kimi çıxış etdiyi dövrə təsadüf edib.

Məlumata görə, İran təhlükəsizlik məqsədilə bəzi mülki təyyarələrini də Əfqanıstana köçürüb. “Mahan Air” aviaşirkətinə məxsus təyyarələrdən birinin mart ayında Pakistanın Kabula hava zərbələri zamanı Kabil şəhərindən Herata aparıldığı qeyd olunur.

Pakistan hökuməti və Əfqanıstandakı Taliban rəsmiləri bu məlumatları təkzib edib.

ABŞ rəsmiləri isə iddia edirlər ki, bu addımların əsas məqsədi İranın hava vasitələrini mümkün Amerika zərbələrindən qorumaq olub.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki