image-5892812backend

Növbəti peyk orbitə buraxıldı

Rusiya Müdafiə Nazirliyi “Soyuz-2.1b” daşıyıcı raketi vasitəsilə nazirliyə məxsus peyklərin uğurla orbitə yerləşdirildiyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, fevralın 5-də Moskva vaxtı ilə saat 21:59-da Rusiya Aerokosmik Qüvvələrinin Kosmik Qoşunlarının döyüş heyəti Arxangelsk vilayətində yerləşən Plesetsk kosmodromundan Müdafiə Nazirliyinin kosmik aparatı ilə birlikdə orta sinifli “Soyuz-2.1b” raketini kosmosa buraxıb.

Nazirlik bildirib ki, raketin buraxılışı və kosmik gəminin hədəf orbitinə çıxarılması plan üzrə və normal rejimdə həyata keçirilib. Peyklər artıq Rusiya Aerokosmik Qüvvələrinin yerüstü idarəetmə vasitələrinin nəzarəti altındadır.

Açıqlamada həmçinin qeyd olunub ki, kosmik aparatla sabit telemetrik əlaqə qurulub və saxlanılır, göyərtədəki bütün sistemlər normal rejimdə fəaliyyət göstərir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki