QƏZAbackend

Nigeriyada DƏHŞƏTLİ QƏZA: 30 nəfər öldü

Nigeriyanın Kano ştatında baş verən ağır yol-nəqliyyat hadisəsində 30 nəfər həyatını itirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Kwanar Barde bölgəsində sərnişin daşıyan yük maşını sürücünün diqqətsizliyi nəticəsində qəzaya uğrayıb. Hadisə zamanı çox sayda insan yaralanıb.

Kano ştatının qubernatoru Abba Yusuf həlak olanların ailələrinə başsağlığı verib və xüsusilə ağır tonnajlı nəqliyyat vasitələrinin sürücülərini yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki