Niderland Mərkəzi Bankı (DNB) qızıl ehtiyatlarının 86 tonunu ABŞ və Kanadadan Londona köçürüb.
İNFOAZ.MEDİA xəbər verir ki, Bank bu addımı dünyada artan geosiyasi qeyri-sabitlik fonunda “böhranlara hazırlığın gücləndirilməsi” ilə əsaslandırıb. DNB bildirib ki, Londonda saxlanılan qızıl daha likviddir və böhran vəziyyətində daha sürətli istifadə oluna bilər.
Mart-avqust ayları ərzində həyata keçirilən köçürmədən sonra Niderlandın qızıl ehtiyatlarının Londonda saxlanılan hissəsi 18,1 faizdən 32,1 faizə yüksəlib. ABŞ-dakı pay isə 31,3 faizdən 18,5 faizə, Kanadadakı pay 19,7 faizdən 18,5 faizə düşüb.
Rauf
























