image-netanyahu11-768x403backend

Netanyahu seçkilərdə iştirak edəcəkmi? – Partiyası açıqladı

İsrailin Baş naziri Benyamin Netanyahu qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürəcək.

Bu barədə Netanyahunun lideri olduğu “Likud” partiyası bəyanat yayıb.

“Baş nazir Netanyahu qarşıdakı seçkilərdə iştirak edəcək”, – partiyanın bəyanatında vurğulanıb.

Bəyanatda Netanyahunun qalib gələcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABC News-a müsahibəsində Netanyahunun seçkilərdə iştirak etməyi planlaşdırıb-planlaşdırmadığını bilmədiyini deyib.

Xatırladaq ki, İsraildə seçkilərin oktyabr ayında keçiriləcəyi gözlənilir. Bu, İsraildə 2023-cü il 7 oktyabr hadisələrindən sonra ilk seçki olacaq.// Apa


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki