İsrailin Baş naziri Benyamin Netanyahu mümkün sanksiyalar, o cümlədən bank sanksiyaları ilə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahu mümkün məhdudiyyətlərə qarşı iqtisadiyyatın hazırlanmasının vacibliyini vurğulayıb.
“Başa düşməliyik ki, bank sanksiyaları da daxil olmaqla, müxtəlif sanksiyalar tətbiq oluna bilər. Onlardan yan keçə biləcək iqtisadiyyat hazırlamaq lazımdır.
Bu məqsədlə istifadə edilə biləcək valyutalar barədə məlumatınız var. Mən də bu istiqamətdə işləyirəm”, – Netanyahu bildirib.
Rauf
























