İsrailin Baş naziri Benyamin Netanyahu Qərb ölkələrinin ordularında xərclərin böyük hissəsinin maaşlara və müxtəlif təminatlara yönəldiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahu İsrail ordusunun da bu xüsusiyyətlərə malik olduğunu, lakin daha az şişirdildiyini deyib.
“Qərb orduları təsəvvür edə biləcəyiniz ən şişirdilmiş ordulardır. Bütün pullar maaşlara, müavinətlərə və digər xərclərə gedir.
İsraildə də bunun müəyyən qədər olduğunu görürük, lakin bizdə bu, daha azdır. Belə deyim: ABŞ ordusu və digər ordular nəhəng, köklükdən piy basmış sumo güləşçisi kimidir. İsrail isə bir qədər kök sumo güləşçisinə bənzəyir”, – Netanyahu qeyd edib.
Jalə
























