İsrailin Baş naziri Benyamin Netanyahu İranın raket hücumundan sonra İsrailin cavab addımları ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyinə dair açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahunun sözlərinə görə, Tramp İsrailin cavabının məhdudlaşdırılması ilə bağlı suallar ünvanlayıb:
“Trump mənə dedi: ‘Onlar sənin insanlarını öldürdümü?’”
Baş nazir isə buna cavab olaraq bildirib ki, İsrail yalnız insan itkisi olduqda deyil, ərazisinə hər hansı hücum olarsa da cavab verməlidir:
“Mən belə bir yanaşmanı qəbul etmirəm ki, yalnız ölüm olduqda cavab verək. İsrail ərazisinə hücum varsa, biz cavab veririk və zərbə endiririk.”
Netanyahu həmçinin ABŞ-la münasibətlərə toxunaraq bəzi nazirlərə “Biz amerikalılara tabe deyilik, biz onların müttəfiqiyik” mesajını verdiyini qeyd edib.
Jalə
























