İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı sərt açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, O bildirib ki, nə qədər ki, özü İsrailin Baş naziri vəzifəsindədir, İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcək.
Netanyahu qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp ilə bu məsələdə tam razılıq mövcuddur və tərəflər İranın nüvə proqramına qarşı eyni mövqedən çıxış edirlər.
Baş nazir əlavə edib ki, uzun illərdir İranın nüvə ambisiyalarına qarşı beynəlxalq mübarizənin ön sıralarında yer alır və bu fəaliyyətin məqsədi İsrailin təhlükəsizliyini qorumaqdır.
O, İranın İsrailə qarşı təhlükə yaratmağa çalışdığını iddia edərək, bu planların qarşısının alınacağını vurğulayıb.
Malik
























