image-vilayet-eyvazovesasbackend

Nazir polkovniki rəis təyin etdi

Polis polkovniki Rüfət Allazov Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.

İNFOAZ.MEDİA oxu24.com-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə polis polkovniki Emil Səfərov DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Rüfət Vaqif oğlu Allazov 1982-ci ildə Rusiyada anadan olub. 2005-ci ildə Azərbaycan DİN-in Polis Akademiyasını bitirib.

2000-ci ilin avqust ayından daxili işlər orqanlarında xidmət edir. Paytaxtın istintaq qurumlarında, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində müxtəlif vəzifələrdə xidmət edib, 2022-2025-ci illər ərzində DİN-in Katibliyinin rəis müavini və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi vəzifələrində işləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki