Belçikada artan geosiyasi gərginlik fonunda hərbi xidmətin məcburi tətbiqi gündəmə gələ bilər.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə fevralın 6-da ölkənin Müdafiə Nazirliyinin İnsan Resursları direktoru, general-leytenant Tyerri Esser jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2040-cı ilə qədər ordu sıralarını 2,4–2,5 dəfə artırmaq məqsədinə könüllü çağırışla nail olunmasa, məcburi hərbi xidmət və ehtiyat qüvvələrdən daha fəal istifadə qaçılmaz ola bilər.
General-leytenant qeyd edib ki, Belçika ordusu 2025-ci ildə rekord sayda yeni əsgər cəlb etsə də, kadrların saxlanılması problem olaraq qalır. Planlara əsasən, şəxsi heyətin sayı hazırkı 30 min nəfərdən 2040-cı ilə qədər 72 mini keçməlidir. Bu isə 15 il ərzində əlavə 42,5 min hərbçinin cəlb olunmasını tələb edir.
Rauf
























