image-kuqszqivsnp5llb5g7dorua244backend

Müdafiə naziri vəzifəsindən azad edildi – BU ÖLKƏDƏ

Andris Spruds istefa verib. Buna səbəb mayın 7-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Latviyanın Rezekne şəhərində boş yanacaq anbarına düşməsi olub.

İNFOAZ.MEDİA xəbər verir ki, Rusiyanın elektron müharibə sistemləri tərəfindən istiqaməti dəyişdirilən dronlar Rusiyadakı hədəflərə doğru hərəkət edərkən Latviyaya daxil olub. Hadisə zamanı pilotsuz aparatların akustik aşkarlama sistemləri tərəfindən müəyyən edilmədiyi, həmçinin onların vurulmadığı bildirilib. Əhaliyə xəbərdarlığın isə təxminən bir saat gecikdiyi qeyd olunur.

Baş verənlərdən sonra müxalifət müdafiə nazirinin istefasını tələb edib. Latviyanın Baş naziri Evika Siliņa hadisənin idarə olunmasını “qənaətbəxş olmayan” adlandırıb və polkovnik Raivis Melnisin yeni müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürüb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki