image-368988backend

Modi: Yanacaq istifadəsini azaldın

Hindistanın Baş naziri Narendra Modi şəhərlərdə metrodan istifadənin artırılmasının vacibliyini vurğulayıb və vətəndaşları benzin və dizel istehlakını azaltmağa çağırıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Modi bildirib ki, metro infrastrukturu olan şəhərlərdə əsas nəqliyyat vasitəsi kimi metroya üstünlük verilməlidir. O həmçinin mümkün hallarda avtomobil paylaşımının tətbiq edilməsini təklif edib.

Baş nazir yük daşımalarında daha çox dəmir yolu nəqliyyatından istifadəni, elektriklə işləyən dəmir yollarının yanacaq sərfiyyatını azaltdığını qeyd edib. Eyni zamanda elektrikli nəqliyyat vasitələrinin istifadəsinin artırılmasının vacibliyini vurğulayıb.

Modi pandemiya dövründə geniş yayılmış onlayn görüş və uzaqdan iş təcrübəsinə də toxunaraq, bu sistemlərin yenidən aktiv istifadəsinin ölkə üçün faydalı olacağını bildirib. O, “evdən iş”, “virtual görüşlər” və “onlayn konfranslar”ın yenidən prioritet olmasının vacibliyini qeyd edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki