image-424252backend

Mirziyoyev Türkiyəyə getdi

Özbəkistan Prezidenti Şövkət Mirziyoyev Türkiyəyə səfərə gəlib.

İNFOAZ.MEDİA xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Özbəkistan Prezidenti Şövkət Mirziyoyev və xanımı Ziroat Mirziyoyevi Ankara Əsənboğa Hava Limanında qarşılayıblar.

Səfər çərçivəsində iki ölkə lideri Türkiyə–Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasını keçirəcək.

Görüşdə ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılacaq addımlar ətraflı müzakirə olunacaq.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki