image-chatgpt-image-3-iyulbackend

Miri Yusifdən pərəstişkarlarını sevindirən xəbər: Şuşada konsert verəcəyini açıqladı

Tanınmış müğənni Miri Yusif pərəstişkarlarını sevindirən açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, müğənni 2–6 iyul tarixlərində Bakıda keçirilən Yaşıl Teatr konsertləri zamanı jurnalistlərə açıqlamasında bildirib ki, yaxın vaxtlarda Şuşada konsert proqramı ilə çıxış edəcək.

Miri Yusif qeyd edib ki, bir müddət əvvəl Azərbaycanın Xalq artisti Röya Ayxan ilə birlikdə Xankəndidə də konsert proqramı təqdim edib.

Sənətçi bu cür konsertlərin onun üçün mənəvi əhəmiyyət daşıdığını vurğulayaraq sözlərini belə yekunlaşdırıb:

“Mən bu ölkənin vətəndaşı olaraq öz borcumu yerinə yetirirəm.”

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki