Bəzi qidalar miqreni tətikləyə bilər.
İNFOAZ.MEDİA xəbər verir ki, miqren yarada bilən qidalar arasında köhnə pendirlər, vetçina, bekon, kolbasa kimi duzlu ətlər, həmçinin spirtli içkilər – xüsusilə qırmızı şərab, şampan, viski və pivə var. Bundan əlavə, tünd və südlü şokolad, sitrus meyvələri, banan, avokado, maya məhsulları, duzlu, hisə verilmiş, turşuya qoyulmuş və qurudulmuş qidalar da riski artıra bilər.
Artıq miqdarda kofein (təkcə qəhvədə deyil, çayda da var) baş ağrılarını gücləndirə bilər.
Miqren həmçinin susuzlaşma və isti, havasız mühitdə idman etmə nəticəsində də yarana bilər.
Rauf
























