image-pakistanbackend

Məsciddə partlayış, ölən və yaralılar var – Bu ölkədə…

Pakistanın paytaxtı İslamabad şəhərində yerləşən Xədicətül-Kübra məscidində cümə namazı zamanı törədilən bombalı hücum ölkəni yasa boğub.

İNFOAZ.MEDİA xəbər verir ki, ilkin məlumatlara görə, hücum nəticəsində 10 nəfər həyatını itirib, 80 nəfər isə yaralanıb.

​Əldə edilən məlumatlara əsasən, partlayış cümə namazı vaxtı məscidin daxilində baş verib.

Güclü partlayışdan sonra məsciddə böyük panika yaranıb, ətrafdakı sakinlər sürətlə ərazini tərk ediblər. Hadisədən dərhal sonra bölgəyə çox sayda polis, təcili tibbi yardım və xilasedici qruplar cəlb olunub.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki