Almaniya kansleri Fridrix Merts İranla bağlı açıqlamasında bildirib ki, Almaniya prosesdə iştirak etməyə hazır olduğunu əvvəldən bəyan edib və artıq regiona ilk mina təmizləmə gəmiləri ilə digər dəniz vasitələrini göndərib.
İNFOAZ.MEDİA xəbər verir ki, Mertsin sözlərinə görə, ölkə iştirak üçün hazırlıqlıdır, lakin bu barədə hələ nə federal hökumət, nə də parlament səviyyəsində yekun qərar qəbul olunub.
O əlavə edib ki, mümkün iştirakın hüquqi əsasları da ayrıca dəqiqləşdirilməlidir və bu məsələ üzrə hələ tam nəticəyə gəlinməyib.
Kansler vurğulayıb ki, buna baxmayaraq, sülhün təmin olunması prosesinə prinsip etibarilə qoşulmağa hazır olmaq Almaniya hökumətinin artıq bir neçə həftədir ortaq mövqeyi olaraq qalır.
Rauf
























