image-1544901backend

Məktəblərdə bu tarixlərdə dərs olmayacaq

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayacaq.

İNFOAZ.MEDİA xəbər verir ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən, ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayacaq.

Tətil 27 – 31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək. Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, 5 günlük və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonrakı ilk dərs günü 2 fevral 2026-cı il tarixidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki