İran ABŞ-la danışıqlara deyil, daha genişmiqyaslı və uzunmüddətli qarşıdurmaya hazırlaşır.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Nəşrin məlumatına görə, Tehran yaranmış fasilədən ordusunu gücləndirmək üçün istifadə edib. İran regional silahlı qruplaşmalarla koordinasiyanı gücləndirib, hücum əməliyyatlarına hazırlıq görüb, həmçinin raket və pilotsuz uçuş aparatları proqramlarının imkanlarını bərpa edib.
“WSJ” bildirir ki, Tehran ABŞ, İsrail və Fars körfəzi ölkələri üçün İrana hücumun qiymətini mümkün qədər artırmağı hədəfləyir. Məqsəd gələcəkdə bu ölkələrin İrana qarşı yeni zərbələr endirməkdən çəkinməsinə nail olmaqdır.
İran iqtisadi və hərbi baxımdan zəifləsə də, ölkə rəhbərliyi hazırkı döyüşləri müharibənin sonu kimi deyil, potensial olaraq daha böyük qarşıdurmaya hazırlıq mərhələsi kimi qiymətləndirir.
Nəşrə görə, İranın hərbi hazırlıqları Vaşinqtonla Tehran arasında davamlı razılaşmanın əldə olunmasını da çətinləşdirir.
Rauf
























