Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi İrandan ölkə istiqamətində atılan iki ballistik raketin aşkar edildiyini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Nazirliyin məlumatına görə, raketlərdən biri BƏƏ-nin ərazi sularından kənara, digəri isə ölkənin ərazi sularına düşüb.
BƏƏ Müdafiə Nazirliyi ölkənin mümkün təhdidlərə qarşı yüksək hazırlıq vəziyyətində olduğunu bildirib.
Jalə
























